"Oyunumuz qələbə qazanmaq üçün kifayət etmədi" - "Sabah"ın baş məşqçisi

"Oyunumuz qələbə qazanmaq üçün kifayət etmədi" - "Sabah"ın baş məşqçisi İdman

"Oyunumuz qələbə qazanmaq üçün kifayət etmədi. İlk hissəyə çox yaxşı başladıq. Rəqib çoxlu paslaşırdı. Oyunun tempini izləməkdən gözlərim və boynum ağrıyırdı".

News24.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” oyunundan sonra təşkil olunan mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Valdas Damburauskas deyib.

O ümumilikdə komandanın çıxışından razı olduğunu qeyd edib: "Daha yaxşı oynaya bilərdik. Lakin mənim futbolçularım yerli liqada çıxış edirlər və "Barselona"ya qarşı belə oynamaq asan deyil.

Yaxşı qol imkanlarımız oldu, amma təəssüf ki, onlardan yararlana bilmədik. Rəqib "Barselona"dır və onlar istənilən an məğlub vəziyyətdən qələbə qazana bilərlər. Futbolçularıma hörmət edirəm. Onlar oyundan qopmadılar və sona qədər mübarizə apardılar".