Ayaz Quliyevin "Sabah"a keçidi rəsmiləşib

Ayaz Quliyevin "Sabah"a keçidi rəsmiləşib İdman

Ayaz Quliyevin "Sabah" klubuna keçidi rəsmiləşib.

News24.az "Report"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rusiyanın “Ximki” klubundan transfer edilib.

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, "Sabah”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.