Bakıda "Prius" piyadanı vuraraq öldürüb

Bakıda "Prius" piyadanı vuraraq öldürüb İdman

Bakıda "Toyota-Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb.

News24.az report-a istinadla xəbər verir ki, Cahangirov Polad Yusif oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədov Sadiq Rizvan oğlunu ehtiyatsızlıqdan vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.