"Barselona" bizə çox şey qazandırdı" - Valdas Damburauskas
İdman
"Biz hər zaman qələbə qazanmaq imkanımızın olduğuna inanırıq".
News24.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” oyunundan sonra təşkil olunan mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Valdas Damburauskas deyib.
Onun sözlərinə görə, standart vəziyyətlərdən yararlanmağı düşünürdük: " İndi isə bu məqamları təhlil edərək növbəti oyunlarda nəzərə alacağıq.
“Barselona” ilə oyun bizə çox şey qazandırdı. İlk hissədə rəqibə qol imkanları vermədik. Məsələyə yalnız fiziki deyil, mental baxımdan da yanaşmalıyıq. “Barselona” qol vurduqdan sonra isə tez bir zamanda növbəti qolların qarşısını almağı düşünməli idik".