“Çox asan qol buraxdıq, amma 3 xal qazandıq” - Hansi Flik
İdman
"Birinci hissədə 70 faizdən çox topa sahib idik. Çox asan qol buraxdıq və bundan razı qalmadım. Amma əsas odur ki, 3 xal qazanmağı bacardıq".
News24.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Hansi Flik deyib.
O bildirib ki, Pedro çox yaxşı və gözəl oyun nümayiş etdirdi: "İlk 45 dəqiqədə komandamızın oyunu yaxşı alındı. Fasilədən sonra isə bəzi dəyişikliklər etməli oldum. Bu, ilk hissədəki oyundan narazı olduğum anlamına gəlmir. Sadəcə digər futbolçulara da şans vermək istəyirdim.
Oyun asan keçmədi. Futbolçularımızın sayının azalması da oyuna ciddi təsir göstərmədi. Ümumilikdə, komandamın çıxışından razı qaldım. Bəlkə də kiməsə qəribə görünə bilər, amma qələbə qazanmaq heç vaxt asan deyil".