Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı ağır atletlər buraxılmayacaq

Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı ağır atletlər buraxılmayacaq İdman
Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı atletlərin iştirakına icazə verməyib.

News24.az
-ın məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

“İcraiyyə Komitəsi dünya çempionatında iştirak edəcək neytral idmançılardan ibarət nümayəndə heyətini təsdiqləyib. Onların hamısı Belarus pasportuna malik 12 idmançı, 7 xidmət işçisi və 1 texniki hakimdən ibarətdir”, - deyə federasiyanın məlumatında qeyd edilir.