“Formula-1” çempionu vəfat etdi

“Formula-1” çempionu vəfat etdi İdman

Avstraliyalı avtomobil yarışçısı Alan Cons 80 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Avstraliya Avtomobil İdmanı Federasiyasının rəsmi saytında məlumat verilib.

Bildirilib ki, idmançı qısa sürən xəstəlikdən sonra vəfat edib.

Federasiyanın rəhbəri Endryu Freyzer Consun ölkə avtoidman tarixində ən əhəmiyyətli simalardan biri olduğunu bildirib. Onun sözlərinə görə, idmançının beynəlxalq arenadakı uğurları Avstraliya üçün böyük qürur mənbəyidir.

Qeyd edək ki, Alan Cons “Formula-1” üzrə 12 Qran-pri mərhələsinin qalibi olub.