Sevgilisindən oğurluq etdi, tanımadığı insanlara gül aldı
Dünya
Rusiyanın Ufa şəhərində kişi sevgilisinin qızıl sırğalarını zorla alaraq lombarda qoyub. O, əldə etdiyi pulu isə tanımadığı insanlara gül almağa xərcləyib.
News24.az xəbər verir ki, Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədən bir gün əvvəl kişi sevgilisindən 3 min rubl istəyib. Qadın pul verməkdən imtina etdikdə, kişi onun zinət əşyalarını əlindən almaqla hədələyib. Qadın tərəddüd edərkən isə onu sinəsindən vurub.
Şübhəli sırğaları lombarda təhvil verərək 1400 rubl əldə edib. Daha sonra zərərçəkənə 1600 rubl qaytarıb və qalan pulu güllərə xərclədiyini bildirib.
Ertəsi gün qadın zinət əşyalarını geri alaraq polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, şübhəli əvvəllər soyğunçuluq ittihamı ilə məhkum edilib.
Məhkəmədə kişi sevgilisinin sırğaları könüllü verdiyini iddia etsə də, bu versiya qəbul edilməyib. Ufa sakini xüsusi rejimli cəza koloniyasında 3 il müddətinə azadlıqdan məhrum edilib.