Fransız ulduza ən ağır cəza veriləcək - Tarixdə beləsi görülməyib

Fransız ulduza ən ağır cəza veriləcək - Tarixdə beləsi görülməyib İdman

Mövsümün əvvəlində A seriyasında dopinq testi müsbət çıxan və sentyabrın 12-də futboldan müvəqqəti uzaqlaşdırılan Pol Poqba böyük təhlükə ilə üz-üzədir.

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, İtaliya Antidopinq Prokurorluğu ulduz yarımmüdafiəçinin 4 il futboldan uzaqlaşdırılmasını istəyib.  Cəza təyin olunarsa, futbolçu indiyədək dopinqə görə ən ağır cəza alan futbolçu olacaq. Belədə o, 2027-ci ildən əvvəl futbola qayıda bilməyəcək.

Xatırladaq ki, 30 yaşlı Poqba testosteron testi müsbət çıxdığı üçün müvəqqəti olaraq cəzalandırılıb. 


Fransız ulduza ən ağır cəza veriləcək - Tarixdə beləsi görülməyib