Futzal üzrə Azərbaycan Kubokunun qalibi - bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi - bəlli oldu İdman
Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

News24.az xəbər verir ki, finalda "Neftçi İK" və "Baku Fire" komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayındakı qarşılaşma "Baku Fire"nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.

Qeyd edə ki, daha əvvəl Azərbaycan Yüksək Liqasında "Araz Naxçıvan" qalib olub.