İdmançılarımız qalib - OLDU
İdman
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.
News24.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 80 kq çəki dərəcəsində, K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü qızıl medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.