"Savadsız-savadsız yazırlar ki - KAMİL ZEYNALLI..."

"Savadsız-savadsız yazırlar ki - KAMİL ZEYNALLI..." İdman

"Mənimlə bağlı sosial şəbəkələrdə çoxlu paylaşımlar oldu, şərh bölməsində savadsız-savadsız yazırlar ki (aaa bu nə günə düşüb, bu niyə belə olub? və s. kimi sözlər). Biraz savadınız, məntiqiniz ve qanacağınız olsun, insan zəhmətinə qiymət verməyi bacarın! Mən gözəllik yarışmasına çıxmamışdım ki, gözəl üzüm olsun.  Mən bədən gözəlliyi estetikası, əzələ göstərməyə, bədən göstərməyə çıxmışdım". 

News24.az xəbər verir ki, bunu idmançı Kamil Zeynallı deyib. O bildirib ki, döyüş meydanına iradə, güc, dözüm, əziyyət, zəhmət göstərməyə çıxmışdı:

"Bu işi hər adam bacara bilməz, başı çıxan da, çıxmayan da yazır elə. Əvvəli çəkimi də qaytaracam, üzüm də biraz toppuşlaşacaq. Amma savadsız ağılınıza gələni yazmayın. Ay insanlar bu yarışmada səhnəyə çıxan hərkəsin bədəninə "zaqarniy" qrim vurulur ki, səhnədə işıqların altında əzələlər daha qabarıq-aydın görünsün. Ona görə də, qaralmışıq. Hələ paxılları demirəm. Ay allah, kişi kişiyə paxıllıq edir".

Aynurə



"Savadsız-savadsız yazırlar ki - KAMİL ZEYNALLI..."