Mahirin komandasından QƏLƏBƏ
İdman
Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" yoxlama matçı keçirib.
News24.az Apasport.az-a istinadla xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniya "Roqask"ı ilə üz-üzə gəlib.
Oyun hər biri 30 dəqiqədən ibarət olan 3 hissədə keçirilib. Qarşılaşma "Dinamo"nun minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.
Qeyd edək ki, Mahir Emreli də matçın iştirakçısı olub.