Məşhur futbolçuya AĞIR İTKİ - FOTO
İdman
"Liverpul"un keçmiş hücumçusu Roberto Firminonun atası Xose Firmino dünyasını dəyişib.
News24.az xəbər verir ki, Xose Firminonun ölümü ilə bağlı məlumatı hücumçunun dostları, eləcə də agentlik təsdiqləyib.
Bildirilib ki, o, Dubaya səfər zamanı infarkt keçirib.
Qeyd edək ki, Roberto Firmino 2015-2023-cü illərdə İngiltərə nəhənglərində çıxış edib və komandanın Premyer Liqa, Çempionlar Liqası, UEFA Superkuboku və bir sıra digər kubokları qazanmasına kömək edib. Forvard hazırda yerli “Əl-Hilal”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.
Aynurə