“Neftçi” yeni hücumçu ilə - ANLAŞDI
İdman
“Neftçi” yeni hücumçu ilə anlaşıb.
News24.az Report-a istinadən xəbər verir ki, Bakı klubu “transfer pəncərəsi”nin son saatlarında ön xəttdəki boşluğu doldurub.
“Ağ-qaralar” mərkəz hücumçusu mövqeyinə yeni oyunçu cəlb edib. Klubun gün ərzində transferi təqdim etməsi gözlənilir.
Qeyd edək ki, “Neftçi” son olaraq rusiyalı yarımmüdafiəçi Reziuan Mirzovu transfer edib