“Neftçi”nin futbolçusu danışdığı yerdə... - FOTOLAR

“Neftçi”nin futbolçusu danışdığı yerdə... - FOTOLAR İdman

“Neftçi Arena”da Rəhman Hacıyevin mətbuat konfransı keçirilib. 

News24.az sportinfo-ya istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi jurnalistlərin özü və komandası ilə bağlı sualları cavablandırıb.

Konfransın gedişində maraqlı səhnə yaranıb. Stadionun xadimələri sual-cavabın ən qaynar vaxtında əllərində tort konfrans otağına daxil olublar.

“Araz-Naxçıvan”la görüşdə “Neftçi”nin formasında 200-cü oyuna çıxan Hacıyev bu münasibətlə sürprizlə qarşılaşıb.

Xadimələr futbolçunu təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Rəhman Hacıyev 2014-2020-ci illərdə və 2022-nin yayından indiyədək ağ-qara formada 200 oyun keçirib, 22 qol vurub.

O, Premyer Liqada 157 (17 qol), Azərbaycan kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə “Neftçi”nin formasını geyinib.


“Neftçi”nin futbolçusu danışdığı yerdə... - FOTOLAR