Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə - GÖRÜŞDÜ
İdman
Azərbaycan Minifutbol Federasiyasının prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə görüşüb.
News24.az Report-a xəbər verir ki, görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Sonda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.