Qurban Qurbanov onları Xankəndində - OYNATMAYACAQ

Qurban Qurbanov onları Xankəndində - OYNATMAYACAQ İdman

«Qarabağ» dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-lə üz-üzə gələcək,

News24.az sportinfo-ya istinadla bildirir ki, «Köhlən atlılar» ordu komandasıyla matça bir neçə aparıcı futbolçusu olmadan çıxacaq.

Təqvimin sıxlığını nəzərə alan Qurban Qurbanov bəzi legionerlərə və yerlilərə istirahət hüququ tanımağı lazım bilib. Təcrübəli baş məşqçi bunadək az şans qazanan oyunçuları Xankəndində meydana buraxacaq.

«Qarabağ»ın təmsil etdiyi bölgəyə səfər planı dəqiqləşib. Ağdam klubu ayın 20-də təyyarə ilə Bakıdan Füzuliyə istiqamət alacaq.

«Köhlən atlılar» həmin günü Şuşada keçirəcək. Buradakı otellərdən birinə yerləşəcək komanda oyun günü Xankəndinə yollanacaq.

Yeri gəlmişkən, Peşəkar Futbol Liqası (PFL) klublara müraciət edib.

Ölkə çempionatının təşkilatçısı olan qurum Premyer Liqa, I Liqa və II Liqada yarışan bütün iştirakçıların nümayəndələrini Xankəndinə aparamğa hazırdır.

Bunun üçün hər kluba 1 yer ayrılıb. Ora yollanmaq könüllüdür.

Bu matçı azarkeşlər də izləyəcək. PFL futbolsevərlərin adıçəkilən şəhərə aparılması üçün təşkilati işləri görməyə başlayıb.

Qarabağa səfər oyun günü, səhər saatlarında başlayacaq. «Koroğlu» metrostansiyasının yaxınlığından yola çıxacaq qafilədə onlarla avtobus yer alacaq.