Ronaldo “Əl-Nəsr” komandasını - çempion etdi

Ronaldo “Əl-Nəsr” komandasını - çempion etdi İdman
Ərəb Çempionlar Kubokunun final oyunu keçirilib.

News24.az APA-ya istinadən xəbər verir ki, Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda “Əl-Hilal” və “Əl-Nəsr” komandaları qarşılaşıb.

Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

51-ci dəqiqədə "Əl-Hilal" komandası hesabı açıb.

74-cü dəqiqədə “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo tabloda hesabı bərabərləşdirib.

Daha sonra ulduz futbolçu dubla imza ataraq komandasına qələbə qazandıran qolu vurub.