Ronaldonu Bakıya bu şirkət gətirir - YENİ DETALLAR
İdman
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kristiano Ronaldonun qida məhsulu şirkətlərindən birinin reklam çəkilişi üçün Azərbaycana gələcəyi ilə bağlı xəbər vermişdik.
News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, artıq yaşlı hücumçunun paytaxtımıza gəlişi barədə bəzi detallar məlum olub.
Belə ki, Kristiano "Honsen İnternational MMC" şirkətinin reklam siması olacaq. Şirkətin təsisçisi Ülvi Malikoğlu Orucovdur.
O cümlədən Ronaldo ilə görüş və koorporativ imza mərasiminin də keçirilməsi planlaşdırılır. Məlumata görə, artıq tərəflər arasında müqavilələr hazırlanaraq vəkillər tərəfindən təsdiqlənib. Portuqaliyalının ölkəmizə təşrif buyuracağı ay da məlumdur.
Qeyd edək ki, Kristiano Ronaldo "Black tie event"in fəxri qonaqlarından biridir.