Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi
İdman
Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu haqda məlumatı klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.
O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyata götürüldüyünü bildirib.
Z. Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.
Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.