ABŞ-ın yeni dollar strategiyası: - bütün ölkələr imtina edəcək
İqtisadiyyat
Artan inflyasiya ölkələri devalvasiyaya görə dollardan imtina etməyə məcbur edir.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Nümayəndələr Palatasının nümayəndəsi Tomas Massi radio aparıcısı Qlenn Bekə deyib.
Onun fikrincə, dünya ABŞ-ın dollardan manipulyasiya aləti kimi istifadə etməsindən bezib və insanların alternativ valyutalara keçəcəyi gün uzaqda deyil.
"Bütün dünya dollardan asılıdır. Ona görə də biz onu devalvasiya edəndə nəinki öz xalqımızı, bütün dünyanı sınaqdan keçiririk, onlar belə istifadə olunmaqdan sıxılır. Alternativ valyutalar və ya öz suveren fondlarımızda kapital saxlasaq, o zaman dolları öz vətəndaşlarımızdan başqa istifadə edəcək heç kim olmayacaq ”, - Massi izah edib.