Azərbaycan bu il nə qədər neft ixrac edib? - Siyahı

Azərbaycan bu il nə qədər neft ixrac edib? - Siyahı İqtisadiyyat

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 524 604,65 min ABŞ dolları dəyərində 12 670 719,72 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

News24.az xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 742 159,08 min dollar dəyərində 1 405 059,25 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü Xorvatiya tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 666 587,01 min dollar 1 255 021,16 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 11 514 966,53 min dollarlıq 22 132 445,56 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir: (Apa)

Ölkələr

Məbləğ, min $

Miqdar (ton)

-

Cəmi

11 514 966.53

22 132 445.56

1

İtaliya

6 524 604.65

12 670 719.72

2

Çexiya

742 159.08

1 405 059.25

3

Xorvatiya

666 587.01

1 255 021.16

4

Rumıniya

559 691.19

1 043 111.41

5

Almaniya

502 018.65

956 716.48

6

Portuqaliya

430 730.82

803 374.35

7

Yunanıstan

313 840.72

590 674.03

8

Böyük Britaniya

273 052.39

514 926.69

9

İrlandiya

267 776.63

524 907.84

10

Tunis

198 705.68

370 471.31

11

Niderland

182 857.88

360 687.86

12

Fransa

143 049.38

281 055.52

13

Hindistan

126 113.14

250 122.21

14

İsveçrə

96 641.78

172 862.46

15

Bolqarıstan

92 288.51

169 525.70

16

Avstriya

87 951.93

177 544.30

17

Tailand

75 910.84

137 785.75

18

İndoneziya

72 131.22

130 925.36

19

Türkiyə

68 994.28

142 382.68

20

Danimarka

49 689.27

88 157.38

21

İspaniya

38 585.23

82 575.87

22

Gürcüstan

1 586.27

3 838.22