Azərbaycan neftinin qiyməti 69 dolları ötdü

Azərbaycan neftinin qiyməti 69 dolları ötdü İqtisadiyyat

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.

News24.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.58 ABŞ dolları, yaxud 0.84% artaraq 69.48 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.