Azərbaycana gələn turistlərin sayı 735 mini keçdi - RƏSMİ AÇIQLAMA
İqtisadiyyat
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 735 831 nəfər təşkil edib.
News24.az-ın Dövlət Statistika Komitəsindən əldə etdityi məlumata əsasən, bu şəxslərin 67,2%-i turizm məqsədilə, 32,8%-i isə digər səbəblərlə ölkəyə gəlib.
Ən çox səfər edən ölkələr:
Rusiya Federasiyası – 178 341 nəfərlə ilk yerdədir. Onların 131 621 nəfəri turizm, 46 720 nəfəri isə digər məqsədlərlə gəlib.
Hindistan – 81 093 nəfər (turizm: 73 972 nəfər)
Türkiyə – 132 154 nəfər (turizm: 88 756 nəfər)
İran – 66 397 nəfər (turizm: 5 385 nəfər, digər məqsədlərlə: 61 012 nəfər)
Gürcüstan – 34 799 nəfər (turizm: 19 358 nəfər, digər məqsədlərlə: 15 441 nəfər)
Qazaxıstan – 26 163 nəfər (turizm: 21 172 nəfər)
Pakistan – 21 001 nəfər (turizm: 18 605 nəfər)
Səudiyyə Ərəbistanı – 18 481 nəfər (turizm: 17 871 nəfər)
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) – 16 308 nəfər (turizm: 15 705 nəfər)
İraq – 11 190 nəfər (turizm: 1 020 nəfər, digər məqsədlərlə: 10 170 nəfər)
Ukrayna – 10 672 nəfər (turizm: 7 263 nəfər)
Özbəkistan – 13 391 nəfər (turizm: 7 782 nəfər)
Çin – 13 058 nəfər (turizm: 11 259 nəfər)
Maraqlı faktlardan biri də odur ki, İrandan gələnlərin 91,9%-i, İraqdan gələnlərin isə 90,9%-i digər məqsədlərlə ölkəyə səfər edib. Ən yüksək turizm məqsədli səfər nisbəti isə Avstraliya (96,5%), BƏƏ (96,3%) və Misir (95,8%) vətəndaşları arasında müşahidə olunub.
Azərbaycana səfərlərin böyük hissəsi turizm məqsədli olsa da, bəzi ölkələr üzrə qeyri-turizm məqsədli səfərlərin payı da kifayət qədər yüksəkdir. Bu isə ticarət, müalicə, təhsil və digər səbəblərlə əlaqələndirilir.
Xeyrənsə Piriyeva