Azərbaycanda 11 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda 11 sığorta agentinin lisenziyası ləğv edildi İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

News24.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar aprelin 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.