Azərbaycanda aviasiya ilə sərnişindaşmalar kəskin artıb

Azərbaycanda aviasiya ilə sərnişindaşmalar kəskin artıb İqtisadiyyat
Bu ilin yanvar ayında hava nəqliyyatı ilə 118,3 min və ya illik müqayisədə 5,1 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 35,4% artaraq 60 min ton olub.