Azərbaycan qaz ixracını 17% artırıb
İqtisadiyyat
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xaricə qaz satışı 6,5 mlrd kubmetr təşkil edib.
Energetika Nazirliyindən News24.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur.
Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 5,2 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.