Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq İqtisadiyyat
R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. 

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə Bakı şəhəri ərazisində 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri həyata keçiriləcək.