BƏƏ OPEC-dən çıxacağını açıqladı

BƏƏ OPEC-dən çıxacağını açıqladı İqtisadiyyat

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft bazarında şok yaradacaq qərar qəbul edib. Ölkə 1 may tarixindən etibarən OPEC və OPEC+ koalisiyasını tərk edir.

News24.az xəbər verir ki, bu barədə BƏƏ-nin Energetika Nazirliyi rəsmi bəyanat yayıb.

Qeyd olunub ki, təşkilatdan çıxmaq qərarı hərtərəfli təhlillərdən sonra verilib.

Energetika naziri məsələ ilə bağlı açıqlamasında bildirib ki, qlobal enerji tələbatının yaxın gələcəkdə artacağı gözlənilir və BƏƏ bu tələbatı qarşılamaq üçün hasilat imkanlarını genişləndirmək niyyətindədir. Nazirin sözlərinə görə, OPEC-dən ayrılmaq ölkəyə neft istehsalını tədricən artırmağa və kvota məhdudiyyəti olmadan daha sərbəst hərəkət etməyə imkan verəcək.

Xəbər dünya birjalarında neft qiymətlərinin bir qədər ucuzlaşmasına səbəb olub. Analitiklər bunu BƏƏ-nin bazara daha çox xam neft çıxarmaq ambisiyası ilə əlaqələndirirlər.