Benzinin qiyməti - BAHALAŞACAQ
İqtisadiyyat
İran-İsrail müharibəsi səbəbindən dünya bazarlarında neftin qiyməti artıb, bu isə dünyada benzin və dizeldə ardıcıl artımlarla nəticələnib.
News24.az bildirir ki, son bir həftədə bu səbəbdən yanacağın qiyməti bir neçə dəfə dəyişib.
CHP Manisa millət vəkili Ahmet Vehbi Bakıroğlu bildirib ki, iyulun 3-də yanacaq, tütün və alkoqollu məhsullarda xüsusi istehlak vergisi (ÖTV) avtomatik artırılacaq. Bu artımın qarşısı alınmasa, benzinin litri əlavə 2.2 TL, dizel 1.89 TL, LPG isə 1.55 TL bahalaşa bilər.
Bakıroğlu bildirib ki, bu artımlar inflyasiyanı daha da yüksəldəcək və vətəndaşın alım gücünü azaldacaq. “Artıq vətəndaş bir depo yanacağı özünə, birini isə dövlətə alır”, – deyə o vurğulayıb.
Müxalifət hökuməti bu artımı dayandırmağa və “eşel-mobil” sisteminə qayıtmağa çağırır. Əks halda, həm qiymətlər, həm də inflyasiya kəskin artacaq.