Dizelin qiyməti rekord həddə - QALXDI
İqtisadiyyat
Türkiyədə yanacağın qiymətlərinə yeni qiymət artımı əlavə edilib.
News24.az Türkiyə mətbuatına istindən xəbər verir ki, dizelin litr qiyməti 2,57 lirə bahalaşıb. Sonuncu artımla dizelin litr qiyməti fevralın 13-dən etibarən 44,29 TL olub. Beləliklə, Türkiyədə dizelin litr qiyməti rekord həddə çatıb.
Benzinin qiymətində artım olmayıb. Benzinin litr qiyməti isə 39,42 TL-də qalıb. Dizel qiymətlərindəki artımdan sonra benzinlə dizel qiymətləri arasındakı fərq 5 TL-ni keçib.
Dizelin qiymətinin son artımından sonra ilin əvvəlindən qiymətlər 18,5 faiz artıb.
Günel Məlikzadə