Əmtəə bazarlarında qızıl cüzi bahalaşdı

Əmtəə bazarlarında qızıl cüzi bahalaşdı İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,05% artaraq 3 400,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,68% artaraq 38,26 ABŞ dolları olub.