Əmtəə bazarlarında qızılın son vəziyyəti

Əmtəə bazarlarında qızılın son vəziyyəti İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,23% artaraq 3 425,2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,3% artaraq 39,33 ABŞ dolları olub.