Ən populyar smartfonlar - MƏLUM OLDU

Ən populyar smartfonlar - MƏLUM OLDU İqtisadiyyat
Ən çox satılan smartfonların adları məlum olub.

News24.az lenta.ru saytına istinadən xəbər verir ki, “Catalys” şirkətinin analitikləri 2020-ci ilin birinci rübündə daha çox satılan smartfonların adlarını açıqlayıb. 18 milyon nüsxəsi satılmış “iPhone 11” smartfonlar bazarında ən populyar cihaz olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Xiaomi Redmi Note 8 / Note 8T” (8 milyon) və “Samsung Galaxy A51” (6 milyon) aparatları tutublar.

Analitiklər bildiriblər ki, “iPhone 11” smartfonunun liderliyi aqressiv genişmiqyaslı reklam kampaniyası və smartfonun mövqeyi ilə izah olunur.