Güzəştli mənzillər 1 dəqiqəyə satıldı - Sistemdə yenə problemlər yarandı

Güzəştli mənzillər 1 dəqiqəyə satıldı - Sistemdə yenə problemlər yarandı İqtisadiyyat

Bu gün Azərbaycanda dövlət hesabına inşa olunan güzəştli mənzillərin satışı həyata keçirilib.

News24.az xəbər verir ki, texnobloqçu Fərid Pərdəşünas mənzillərin 1 dəqiqəyə satıldığını bildirib.

“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin satışı 1 dəqiqədə başa çatdı. İstifadəçilərdən soruşulan sual bu günün tarixi və doğum tarixi oldu. Bir çox istifadəçilər texniki problemlər yarandığını qeyd edir”.

MİDA hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.