Maaş və pensiyalarla bağlı əhaliyə MÜHÜM XƏBƏR: - Büdcəyə yenidən...
İqtisadiyyat
"Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər".
News24.az bildirir ki, bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:
"Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir", - deyə deputat vurğulayıb