Maliyyə Monitorinqi Xidməti auditor seçdi
İqtisadiyyat
Maliyyə Monitorinqi Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı satınalmanı yekunlaşdırıb.
News24.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, satınalmanın qalibi "Abacus Audit and Consulting" MMC olub.
Qalib şirkətə 6 372 manat ödəniləcək.
Xidmətin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini də bu şirkət aparıb. "Abacus Audit and Consulting" MMC-yə 5,9 min manat ödənilib.