Neftin qiyməti 140 dollara qədər artacaq
İqtisadiyyat
ABŞ-nin İranla bağlı dəniz blokadası siyasəti neftin qiymətini bir barel üçün 140 dollara qədər yüksəldəcək.
News24.az xəbər verir ki, bu fikri İran parlamentinin spikeri və ABŞ ilə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib.
“Bu, ABŞ administrasiyasının Bessent kimi şəxslərdən aldığı faydasız məsləhətlərdən biridir. Onlar həmçinin blokada siyasətini təşviq edirlər və neft qiymətlərini 120 dollara və daha yuxarıya qaldırıblar. Növbəti dayanacaq 140 dollardır”, – deyə o, “X” platformasında yazıb.