Yellen bu banklara xəbərdarlıq etdi

Yellen bu banklara xəbərdarlıq etdi İqtisadiyyat

ABŞ Maliyyə Naziri Janet Yellen Avropa banklarının Rusiyada fəaliyyət göstərməsi ilə bağlı artan risklərlə üzləşdiyini və ABŞ-ın Rusiyanın müharibə səyləri ilə bağlı əməliyyatlara kömək etdiyi aşkar edilən banklara ikinci dərəcəli sanksiyaları gücləndirməyi nəzərdən keçirdiyini bildirib.

News24.az xəbər verir ki, Yellen Reuters-ə verdiyi müsahibədə, "Rusiyada iş görən banklara qarşı sanksiyaların potensial olaraq daha sərt artırılmasını nəzərdən keçiririk" deyib.

O, təfərrüatları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, sanksiyalara məruz qala biləcək bankların adını çəkməyib.

İtaliyanın şimalında keçirilən G7 maliyyə liderlərinin iclası çərçivəsində çıxış edən Yellen, Rusiyadakı bankların əməliyyatlarına qarşı sanksiyaların yalnız “bunun üçün bir səbəb olarsa, lakin Rusiyada fəaliyyət göstərmək həddən artıq risk yaradırsa” tətbiq ediləcəyini bildirib.

Günel Məlikzadə