Keçmiş məhkum 100 manat oğurladı, yenidən  həbs edildi
    • 3-09-2019, 20:09
    • 1 035

Keçmiş məhkum 100 manat oğurladı, yenidən həbs edildi

Daxili işlər orqanlarının əməkdaşları soyğunçuluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, sentyabrın 1-də Bakı şəhər sakini G.Cahangirovanın çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Şəmkir rayonunda isə rayon sakini İ.Həmidovu bıçaqla hədələyib quldurluq yolu ilə 100 manatını almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.