SON DƏQİQƏ: Nərminin qatili Bakıya gətirildi EKSKLÜZİV
    • 12-01-2020, 10:52
    • 10 451

SON DƏQİQƏ: Nərminin qatili Bakıya gətirildi EKSKLÜZİV

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.
News24.az-a daxil olan məlumata görə, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə
İstintaq İdarəsinə verilib. Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub. İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib.
Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.
Hazırda faktla bağlı istintaq davam edir.
O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.
Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. Axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Atası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.