Azərbaycanda azyaşlıya qarşı zorakılıq edən seksual manyakdan MÜRACİƏT
    • 28-01-2020, 11:43
    • 1 523

Azərbaycanda azyaşlıya qarşı zorakılıq edən seksual manyakdan MÜRACİƏT

Bir müddət əvvəl azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün tutulan və təqsirləndirilərək məhkum edilən Sahil Əliyev Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham edilmiş şəxs Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.