Cəlilabadda avtomobildə NARKOTİK AŞKARLANDI
    • 24-03-2020, 13:19
    • 772

Cəlilabadda avtomobildə NARKOTİK AŞKARLANDI

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.