"Narkotikdən rəhmətə gedənlərin yasına getmirəm" — Aftandil İsrafilov Zahid Sabirabadlıdan DANIŞDI
    • 4-01-2019, 12:34
    • 2 713

"Narkotikdən rəhmətə gedənlərin yasına getmirəm" — Aftandil İsrafilov Zahid Sabirabadlıdan DANIŞDI

Əfsanəvi qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov mərhum klarnet ifaçısı Zahid Sabirabadlıdan danışıb.

Sənətkar bildirib ki, Z.Sabirabadlının mərasimində iştirak etməyib:
"Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni qələt eləyin, siqaret də çəkməyin. Beş dəfə Amerikada olmuşam, bir dəfə siqaret çəkməmişəm. Sağlamlığa gərək baxasan. İnsanlar sağlamlıqlarının qayğısına qalmırlar.  Amma mənim azca canım ağrıyanda gərək özümə baxım". 

A.İsrafilov yaradıcılıq barədə də danışıb:
"Yaradıcılıqsız həyat yoxdur. Qarmon ifaçıları məndən soruşurlar. Onlara deyirəm, siz məndən soruşun ki, qarmon  necədir. Xalqı sevməlisən, musiqi alətini sevdirməlisən". 

//ÖlkəAz