Avtomobildə 5000 ədəd siqaret keçirmək istədi

Avtomobildə 5000 ədəd siqaret keçirmək istədi Kriminal
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb.