Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət

Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət Kriminal
Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib.

Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və “İPhone”  telefonunu da özü ilə aparıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

15 yaşlı qızın harada olduğu hələlik məlum deyil.

//Publika.az