Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb Kriminal
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Fövqaladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Əməliyyat başa çatıb.