Bakıda fəhlə villanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb

Bakıda fəhlə villanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb Kriminal
Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb.

News24.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. 


Yaralı 1 satlı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır. 

//Report.az