Bakıda iyrənc cinayət - – Kişi küçənin ortasında 2 qadını...

Bakıda iyrənc cinayət - – Kişi küçənin ortasında 2 qadını... Kriminal
Bakının Binəqədi rayonunda soyğunçuluq etmiş şəxs barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Orucov Sabir Malik oğlu barəsində Cinayət Məcəlləsinin 180.2.2-ci, yəni, təkrar soyğunçuluq əməli törətmə maddəsi ilə açılan iş rayon məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Sabir Orucov Binəqədi rayonu ərazisində 2 qadına qarşı soyğunçuluq əməli törədib. O, küçənin ortasında Viktoriya Kazakova və Maya Hüseynovaya hücum edərək onları soyub.